Menu

Azərbaycan Livana yeni səfir, Kataniya şəhərinə fəxri konsul təyin edib

05.10.2015, 19:40
Azərbaycan Livana yeni səfir, Kataniya şəhərinə fəxri konsul təyin edib

Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla A.Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Prezident İlham Əliyev Domeniko Kokonun İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Domeniko Koko İtaliya Respublikasının Kataniya şəhərində Azərbaycan Respublikasının fəxri konsulu təyin edilib.

Sənədlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol