Menu

Mingəçeviri su basıb

05.10.2015, 20:36
Mingəçeviri su basıb

Mingəçevirdə yağan yağış fəsadlara yol açıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

Dərhal nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol