Menu

Tibb üzrə Nobel mükafatçıları bəlli oldu

05.10.2015, 21:24
Tibb üzrə Nobel mükafatçıları bəlli oldu

2015-ci ildə tibb üzrə Nobel mükafatı Uilyam Kempbel, Satoşi Omura və Tu Youyouya verilib.

Mükafat onlara parazit xəstəliklər sahəsində gördükləri işlərə görə verilib.

Stokholmun Karolina Universitetindəki Nobel Assambleyası bəyan edib ki, onların bir sıra ən təhlükəli parazit xəstəliklərə qarşı hazırladıqları müalicə üsulları inqilaba səbəb olub.

Əslən İrlandiyadan olan Uilyam Kempbellə yapon S.Omura askorid parazitlər (yumru qurdlar tipinə aid fəsiləyə daxil olan növlər digərlərindən daha böyük və bəzən uzunluqları 40 santimetrədək olur) sahəsindəki işə, çinli Tu isə malyariyaya qarşı yeni terapiyaya görə layiq görülüb.

Mükafatın ümumi dəyəri 960 min dollardır.

2015-ci il üzrə elm, ədəbiyyat və sülh mükafatçıları isə həftənin sonlarında bəlli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol