Menu

2 mindǝn artıq terrorçu zǝrǝrsizlǝşdirilib

05.10.2015, 22:50
2 mindǝn artıq terrorçu zǝrǝrsizlǝşdirilib

Türkiyə terrorla mübarizə qüvvǝlǝrinin terror tǝşkilatı PKK-ya qarşı iyulun 22-dǝ başlatdığı ǝmǝliyyatlarda 2 mindǝn artıq terrorçu zǝrǝrsizlǝşdirilib.

Musavat.com xəbər verir ki, bu haqda Türkiyə Daxili işlǝr naziri Sǝlami Altınok məlumat verib. Nazir, bu günə kimi 2483 terror aktının törǝdildiyini, bunun müqabilindǝ jandarma, polis və silahlı qüvvǝlǝrin ölkǝ daxilindǝ 4328 ǝmǝliyyat hǝyata keçirdiyini vurğulayıb.

Digǝr tǝrǝfdǝn terror tǝşkilatına yönǝldilmiş ǝmǝliyyatda şübhǝli bilinǝn vǝ saxlanılan 11 nǝfǝrdǝn 9-u hǝbs edilib.

Diyarbǝkirin Şǝmdinli qǝsǝbǝsindǝ isǝ bir qrup terrorçu tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olub, Midyatda isǝ maşınlarında silah-sursat daşıyan iki nǝfǝr hǝbs edilib. Ayrıca Siirt şǝhǝrindǝ terrorla mübarizə şöbəsinin hǝyata keçirdiyi ǝmǝliyyatda 52 "molotov kokteyli" ələ keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol