Menu

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

06.10.2015, 10:25
Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir.

Məlumatı "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir.

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Tədbir oktyabrın 8-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol