Yəmən baş nazirinin iqamətgahının qumbaraatanlardan gülləbaran edilməsi nəticəsində 12 nəfər ölüb.
AzPolitika.info-nun CNN-ə istinadən verdiyi məlumata görə, Ədən hökumətinin baş naziri, vitse-prezident Xaled Baxanın iqamətgah kimi istifadə etdiyi otel binasına hücum zamanı BƏƏ əsgərləri də həlak olub.
Hücum zamanı X.Baxanın xəsarət almadığı deyilir. Otelə gedən bütün küçələr bağlanılıb. Hücum edən şəxslərin kimliyi barədə məlumat yoxdur.


Şərhlər