Menu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir idarəsi MMC-yə çevrilib

06.10.2015, 20:58
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir idarəsi MMC-yə çevrilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) təşkilati-hüquqi forması dəyişdirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, HMİ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.

Qeyd edək ki, Rabitə Nazirliyinin 09 sentyabr 1997-ci il 149 saylı əmri ilə yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol