“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İcitmai Birliyi 06 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qax rayonunda “İctimai nəqliyyatda, parklarda və insanların ümumi istifadəsində olan digər yerlərdə ictimai davranış qaydalarına dair əhalinin maarifləndirilməsi" mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə İctimai Birliyin sədri Qəribova Həbibə açaraq mövzü haqqında geniş məlumat verdi. Problemin həllinə kömək üçün ictimai fəaliyyət, insanlar arasında təbliğat, KİV-də bu istiqamətdə məqsədyönlü fəaliyyət, məktəblərdə, məscidlərdə, iş yerlərində ictimai davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyətlərin göstərilməsi vacibliyini qeyd etdi. Qax rayon İcra Hakimiyyəti nümayəndəsi Nəzirməhəmməd Nəsirov çıxış edərək, mövzünun aktuallığını qeyd etdi. Tədbirdə Qax rayon Ağsaqqallar şurasının sədri Nadir Aşurov çıxış edərək, gənclərə bu mövzu ətrafında öz dəyərli məsləhətlərini verdi. Tədbirdə Qax rayon Ağsaqqallar şurasının üzvü, jurnalist İlyas Mehrabov və rayon gənclər və idman idarəsinin rəis müavini Elvin Nəsimov iştirak ediblər. Sonra tədbir iştirak,ılarına mövzunu əhatə edən buklet, papaq və köynəklər paylanıb.
[gallery columns="5" ids="159983,159984,159985,159986,159987"]


Şərhlər