Menu

"ABŞ-ın təkliflərini qəbul edə bilərik" - Rusiya MN

07.10.2015, 11:49
"ABŞ-ın təkliflərini qəbul edə bilərik" - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Pentaqonun Suriyada “İslam dövləti”nə qarşı mübarizədə koordinasiya ilə bağlı təkliflərini qəbul edə bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

O bildirib ki, bu gün ekspertlər müvafiq detalları müzakirə edəcəklər.

“Yalnız ayrı-ayrı texniki detalları dəqiqləşdirmək lazımdır. Onları bu gün Rusiya Müdafiə Nazirliyinin və Pentaqonun nümayəndələri müzakirə edəcəklər”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol