Kiyevin nəzarət etmədiyi ərazilərdə seçkilərin keçirilməsi ancaq o halda mümkündür ki, üç şərtə əməl edilsin.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna XİN başçısı Pavel Klimkin bildirib.
Onun sözlərinə görə, seçkilər o şərtdə keçirilə bilər ki, tam təhlükəsizlik təmin edilsin, Rusiyadakı siyasi məhbuslar geri qaytarılsın və seçkilər Ukrayna qanunvericiliyinə uyğun, ATƏT standartlarına uyğun keçirilsin.
O, yüzfaizlik amnistiyanın olmayacağını, cinayət törədən şəxslərin qanunla cəza alacağını deyib. O, mümkün variant kimi Xorvatiya modelini yada salıb və amnistiya prosesinin 10 ilə qədər davam edəcəyini deyib.
Klimkinin sözlərinə görə, tərəflər razılaşıb ki, tanklar, ağır və yüngül artilleriya geri çəkilsin, ATƏT nəzarəti altında torpaqlar minalardan təmizlənsin və ATƏT nümayəndələri bütün Donbass ərazilərinə buraxılsın.

Şərhlər