Menu

Ayətullahdan Tehran rəsmilərinə qadağa - "ABŞ-la danışıqlar qadağandır"

07.10.2015, 19:31
Ayətullahdan Tehran rəsmilərinə qadağa - "ABŞ-la danışıqlar qadağandır"

İranın dini lideri Ayətullah Əli Xamneyi Tehran rəsmilərinə ABŞ-la danışıqlar aparmağı “qadağan olduğunu” bəyan edib.

AzPolitika.info-nun Dunyabulteni.net-ə istinadən verdiyi məlumata görə, Tehrandakı iqamətgahında İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri komandirləri və ailələrini qəbul edən Xamneyi “Amerikalılar danışıqlar yoluyla İrana nüfuz etmək istəyir” deyib.

İranın Avropa ölkələri daxil olmaqla digər ölkələrlə danışıqlar aparmasına qarşı olmadığını deyən dini lider Vaşinqtonla Tehran arasındakı danışıqların ölkəyə “nüfuz yeridilməsinə” xidmət etdiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkədəki bəzi dairələr bunu anlaya bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol