Menu

"ABŞ Rusiyanı Suriyadan çıxmağa məcbur edə bilməz" - Rend Pol

08.10.2015, 13:27
"ABŞ Rusiyanı Suriyadan çıxmağa məcbur edə bilməz" - Rend Pol

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd, Kentukki ştatının senatoru Rend Pol çıxış edib.

“Fox News” kanalının “Special Report” proqramına qatılan Rend Pol deyib: “Siz Rusiyanı Suriyadan qovmaq istəyirsiniz? Rusiya ilə quru müharibəsinə girmək istəyirsiniz? Demək istəyirəm ki, Amerikanın birdən durub “Rədd ol, Rusiya” deyəcəyi bir mümkün ssenari yoxdur”.

O, Putinlə danışıqlara getməyəcəyini deyən bəzi rəqiblərinin fikirlərini “düşünülməmiş və məsuliyyətsiz” adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol