Menu

“NATO özündən “təhdid” bəhanələri uydurur” - Kreml

08.10.2015, 19:21

main-gate-to-the-kremlinNATO guya Rusiya tərəfdən təhdid gəlməsi ilə bağlı bəhanələrlə öz hərəkətlərini ört-basdır edir.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezientinin sözçüsü Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, hərbi infrastrukturu Rusiya sərhədlərinə yaxınlaşdırmaq cəhdləri Moskvadan cavabla qarşılanacaq. Peskov vurğulayıb ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənmək istəyi peşmanlıqdan başqa bir şey verməyəcək.

Xatırladaq ki, NATO Şərqi Avropa və Baltikyanı ölkələrdə mövqeləri gücləndirməyi və qoşunların sayını artırmağı qərara alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol