Menu

Sabaha olan hava proqnozu

10.10.2015, 12:45
Sabaha olan hava proqnozu

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarmadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarmadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarmadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol