Menu

Türkiyə prezidenti Türkmənistana səfərini təxirə salıb

11.10.2015, 10:15
Türkiyə prezidenti Türkmənistana səfərini təxirə salıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaradakı terror aktı ilə əlaqədar oktyabrın 12-də Türkmənistana planlaşdırılmış səfərini təxirə salıb.

APA-nın məlumatına görə, bu barədə “Vatan” nəşri prezident administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, oktyabrın 12-də Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol