İraq ordusu ilk dəfə olaraq öz arsenalına pilotsuz uçuş aparatları (PUA) qəbul edib.
AzPolitika.info-nun məlumatına görə, bu barədə “Al-Jazeera” İraqın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, ordunun sərəncamına qəbul edilən bir neçə PUA-dan “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı əməliyyatlarda istifadə olunacaq.
PUA-ların Bağdaddan 160 kilometr cənubdakı “Əl-Kut” bazasında yerləşdirildiyi və raketlərlə silahlandırıldığı deyilir.


Şərhlər