Menu

Almaniya vətəndaşlarına xəbərdarlıq etdi - “Ankara mərkəzindən uzaq qalın”

12.10.2015, 13:17
Almaniya vətəndaşlarına xəbərdarlıq etdi - “Ankara mərkəzindən uzaq qalın”

Türkiyədəki son terror aktlarından sonra Almaniya bu ölkəyə gedən vətəndaşlarına xəbərdarlıq edib.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyi “Ankara mərkəzindən uzaq qalın” tövsiyəsi verib.

Türkiyəyə gedəcək Almaniya vətəndaşlarına davamlı olaraq mətbuatı izləmək, xüsusilə də böyük şəhərlərdə izdihamlı yerlərdən, seçki mitinqlərindən kənar gəzmək məsləhət görülür.

Xəbərdarlıq bəyanatında qeyd olunur ki, Türkiyənin iyul ayından bəri İŞİD-ə qarşı apardığı anti-terror əməliyyatlarına görə bu ölkədə terror təhdidləri və ictimai gərginlik artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol