Menu

Ən bahalı kreditlər cənub bölgəsində verilir

12.10.2015, 15:42
Ən bahalı kreditlər cənub bölgəsində verilir

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,6% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 14%-lə, xarici valyutada kreditlər isə 13%-lə verilib.

Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Aran və Dağlıq Şirvan (22,8%) iqtisadi bölgələri dayanır.

Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 21,8%, Quba-Xaçmazda 20,5%, Yuxarı Qarabağda 19,6%, Gəncə-Qazaxda 19,3%, Abşeronda 19%, Kəlbəcər-Laçında 17,1%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 12,2% və isə 13,8%-lə.

 Regionun adı Kreditlərin orta illik faiz dərəcəsi
2015-ci ilin əvvəli  2015-ci ilin 7 ayı 2015-ci ilin 8 ayı
Azərbaycan 13,7% 13,4% 13,6%
Bakı 12,3% 12,0% 12,2%
Abşeron 18,3% 19,1% 19,0%
Aran 21,3% 22,9% 22,8%
Dağlıq Şirvan 23,2% 23,0% 22,8%
Gəncə-Qazax 21,7% 19,5% 19,3%
Quba-Xaçmaz 20,1% 20,7% 20,5%
Lənkəran 22,9% 24,0% 24,0%
Şəki-Zaqatala 21,1% 22,1% 21,8%
Yuxarı Qarabağ 20,8% 19,6% 19,6%
Kəlbəcər-Laçın 25,6% 17,0% 17,1%
Naxçıvan 13,8% 13,8% 13,8%

Mərkəzi Bank bildirir ki,  2014-cü ilin yekunları müqayisədə son 8 ayda kreditlər orta hesabla 0,1% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,5% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,1%, Dağlıq Şirvanda 0,4%, Gəncə-Qazaxda 2,4%, Yuxarı Qarabağda 1,2% olub.

Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,7%, Aranda 1,5%, Quba-Xaçmazda 0,4%, Lənkəranda 1,1%, Şəki-Zaqatalada 0,7%-dir. Naxçıvanda isə faiz göstəricisi sabit qalıb – 13,8%.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol