Transmilli enerji magistralları beynəlxalq əməkdaşlıq qurulması üçün real imkandır, bütün siyasi və iqtisadi əlaqələr sistemini möhkəmləndirmək iqtidarında olan sabitləşdirici amildir. Bu barədə Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov Aşqabadda hökumətin müşavirəsində çıxış edərkən bildirib.
Rəsmi məlumatda deyilir ki, Türkmənistan qazının Avropaya göndərilməsi üçün Azərbaycana və oradan Türkiyəyə Transxəzər qaz kəmərinin tikintisi layihəsi prioritet layihədir və tərəfdaşlarla fəal şəkildə işlənilir. /Turan


Şərhlər