Menu

Moskvada terror törətmək istəyən İŞİD üzvləri saxlanıldı

12.10.2015, 18:23

rusiya-moskvaRusiya paytaxtının ictimai nəqliyyatında terror aktı törətməyi planlaşdıran şəxslər ələ keçirilib.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidməti (FTX - FSB) şübhəli şəxs qismində saxlanılan iki şəxsin Moskvanın ictimai nəqliyyatında terror hadisəsi törətməyə hazırlaşdığını bildirib.

Həmin şəxslərin “İslam dövləti” (İŞİD) qruplaşması ilə əlaqədə olduğu deyilir. Qeyd olunur ki, həmin şəxslərə cinayətkar dəstənin rəhbərliyi tərəfindən maliyyə vəsaiti və lazımi partlayıcı maddələr ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol