Menu

Türkiyədə daha 10 terrorçu məhv edildi

13.10.2015, 19:39
Türkiyədə daha 10 terrorçu məhv edildi

Son günlər aparılan əməliyyatlarda PKK-nın rabitə sistemi sıradan çıxarılıb

Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Şəmdinli şəhərindəki Aktütün Hüdud Tabor Komandanlığına PKK-nın 3 istiqamətdən hücumunun qarşısını alıb. Əməliyyat zamanı 10 terrorçu zərərsizləşdirilib. Türkiyə mediası xəbəri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən yayıb.

Xəbərdə bildirilir ki, kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat zamanı terrorçuların son aylarda aparılan əməliyyatlardan sonra ciddi rabitə problemləri yaşadığı da bəlli olub. PKK-nın rabitə sistemindəki boşluqlar terrorçuların son günlər böyük canlı qüvvə itkisi verdiyi xəbərlərini də üzə çıxarıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol