Menu

Bakıda "London taksisi" qəza törətdi: ölən var

14.10.2015, 11:01
Bakıda "London taksisi" qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi «London Taksi» markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol