Türkiyə üçün PYD, YPG, PKK və ya İŞİD-in heç bir fərqi yoxdur.
AzPolitika.info-nun Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
O vurğulayıb ki, "mənim terrorçum yaxşı, səninki pis" anlayışı terror qədər pisdir. Bəzi seqmentlər PKK və DHPK-C kimi terror təşkilatlarını parlatmaq üçün can atırlar”.
“Suriya məsələsi ciddi və doğru şəkildə ələ alınmadığı müddətcə bir girdabın içinə girməyə məhkumdur. Suriyanı yenidən Suriya xalqının ölkəsinə çevirmədikcə, bölgədəki terroru bitirə bilmərik. Suriyaya edilən hər müdaxilə ilk əvvəl o müdaxiləni edənləri çətinliyə soxar. Suriyadakı dövlət terroruna dəstək verən dünya ölkələri bu cinayətə ortaqdır”, - deyə prezident vurğulayıb.

Şərhlər