Menu

Ermənistandan Azərbaycana salam - VİDEO

14.10.2015, 20:04
Ermənistandan Azərbaycana salam - VİDEO

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Azərbaycana maraqlı jest edib.

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Azərbaycana maraqlı jest edib. Anspress-in məlumatına görə, Aqolli milli komandasının "AVRO-2016"nın seçmə mərhələsinin son oyununda Ermənistan yığmasının 3:0 hesabı ilə məğlub etdiyi görüşdən öncə Azərbaycana qarşı maraqlı jest edib.

33 yaşlı futbolçu oyunun keçiriləcəyi İrəvandakı “Vazgen Sarksiyan adına Respublika stadionun” dan ölkəmizə salam göndərib.

Ansi Aqolli

Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində Ermənistanı İrəvanda darmadağın edərək AVRO 2016-nın final mərhələsinə yüksəlib. Hesab artıq matçın 9-cu dəqiqəsində açılıb. Kamo Ovanesyan topu öz qapısından keçirərək avtoqola imza atıb. Oyunun 23-cü dəqiqəsində Berat Cimsiti komanda yoldaşının ötürməsini qola çevirəərk hesabı arasındaki fərgi ikiyə yüksəldib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Armando Sadiku qoyub.

"I" qrupunun turnir cədvəli

Albaniya millisi 8 oyunda 14 xal toplayıb və qrup ikincisi kimi AVRO 2016-nın final mərhələsinə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol