Menu

ANS-də daha bir veriliş bağlandı: “Dedilər ki, efirdə olmayacaqsan”

15.10.2015, 15:06
ANS-də daha bir veriliş bağlandı: “Dedilər ki, efirdə olmayacaqsan”

ANS telekanalında yayımlanan “Axşam-axşam” verilişi dayandırılıb.

Bu barədə AzNews.az-a sözügedən verilişin aparıcısı Kamran Həsənli məlumat verib. O, bildirib ki, “Axşam-axşam”ın hansı səbəbə dayandırılması ilə bağlı heç bir məlumata malik deyil: “Mənə ANS-dən zəng edib dedilər ki, bu həftə efirdə olmayacaqsan. Deyəsən nəsə problem var”.

Xatırladaq ki, “Axşam-axşam” Kamran Həsənlinin ANS telekanalında apardığı üçüncü veriliş idi. Bundan öncə isə o, “Günəbaxan” və “Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol