Menu

Rusiya “Azad Suriya Ordusu”nun nümayəndələrini Moskvaya dəvət edir

16.10.2015, 08:55
Rusiya “Azad Suriya Ordusu”nun nümayəndələrini Moskvaya dəvət edir

Rusiya Azad Suriya Ordusunun (ASO) nümayəndələrini Moskvaya dəvət etməyə hazırdır.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.

“Əlbəttə, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, deyə XİN rəhbərinin müavini Moskvanın ASO nümayəndələrini məsləhətləşmələrin aparılması üçün qəbul etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Boqdanov Parisdə səfərdə olduğunu zaman nə vaxtlarsa ASO üzvü olan suriyalıların Rusiya səfirliyinə gəldiklərini qeyd edib: “Biz bütün səviyyələrdə terrorla mübarizəyə hazır olanların hamısını geniş antiterror cəbhəsinə qoşulmağa çağırmışıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol