Menu

Sumqayıtda qəza: Maşın iki yerə bölündü - FOTOLAR

16.10.2015, 10:03
Sumqayıtda qəza: Maşın iki yerə bölündü - FOTOLAR

Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

APA TV-nin məlumatına görə, 44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi "Tofaş" markalı minik maşını dəmir arakəsmələrə çırpılıb.

Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Qəza yerinə gələn nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlığın köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardıma təhvil veriblər.

Ağır şəkildə yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol