Menu

“İŞİD sıralarında Rusiya və MDB-dən 7 min silahlı vuruşur” - Putin

16.10.2015, 12:45
“İŞİD sıralarında Rusiya və MDB-dən 7 min silahlı vuruşur” - Putin

“İslam dövləti” (İŞİD) qruplaşmasının sıralarında Rusiya və MDB ölkələrindən olan 7 mindən çox döyüşçü var.

AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin MDB-nin Qazaxıstanda keçirilən iclasında bildirib.

“İŞİD qruplaşmasının sıralarında Rusiya və MDB-dən olan 5-7 min arasında döyüşçü vuruşur. Əlbəttə, biz onlara Suriyada aldıqları təcrübəni sonradan evlərimizdə tətbiq etməyə imkan verməyəcəyik”, - deyə prezident vurğulayıb.

O qeyd edib ki, Suriyada keçirilən hava əməliyyatları nəticəsində yüzlərlə İŞİD terrorçusu və terrorçulara aid onlarla idarə məntəqələri, silah-sursat ambarları məhv edilib.

“Bununla yanaşı, biz əvvəlki kimi ekstremizm və terrora qarşı maksimum geniş koalisiyanın formalaşmasının tərəfindəyik”, - deyə Putin əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol