Pilotsuz uçuş aparatı (PUA) Türkiyə-Suriya sərhədlərindən 3 kilometr içəridəki ərazidə vurulub.
AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlu bildirib.
O, PUA-nın hələ hansı ölkəyə aid olduğunun müəyyən edilmədiyini deyib: “Kimə aid olduğunu müəyyən edincə açıqlayacağıq”.
Nazir bundan əvvəl Tükiyə hava sərhədlərinin Rusiya təyyarəsi tərəfindən pozulması ilə bağlı Rusiyanın nümayəndə heyəti ilə görüşdüklərini qeyd edib: “Ruslar bir neçə dəfə üzr istədilər, istəmədən olduğunu dedilər. Bir daha olmaması üçün tədbirlər gördüklərini dedilər. Aramızda bir işçi qrup yaradılıb”.


Şərhlər