Menu

"İndiyədək 283 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib" - Məzahir Pənahov

17.10.2015, 13:07
"İndiyədək 283 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib" - Məzahir Pənahov

"Son zamanlar Mərkəzi Seçki Komissiyasına daxil olan 88 müraciətdən 73-ü qeydiyyatla bağlıdır. Onların 18-i təmin olunub".

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün indiyədək 283 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib: "43 mindən artıq müşahidəçi Dairə Seçki Komissiyalarında, 605 müşahidəçi də MSK-da qeydiyyatdan keçib. Müşahidəçilərin qeydiyyatı davam edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol