Bakı-Qazax magistralının 235-ci kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, “VAZ-2107” markalı minik maşını yolun təmir gedən hissəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol nişanına, sonra BYD markalı minik maşınına çırpılıb, daha sonra isə aşıb.
“VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəsarət alıb. BYD markalı avtomobildə xəsarət alan olmayıb.
* * *
Bakı-Qazax yolunun Ucar rayon ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Qarayev Bəkir Nizami oğlu hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun həmyerlisi və həmyaşıdı Mamedov Namiq Nizami oğlu isə bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Şərhlər