Menu

Latviya Rusiya ilə sərhəddinə hasar tikir

17.10.2015, 23:27
Latviya Rusiya ilə sərhəddinə hasar tikir

Latviya qanunsuz miqrasiya ilə mübarizə məqsədilə Rusiya ilə sərhəddə 90 km uzunluğunda hasar ucaltmağı planlaşdırır.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin DİN rəhbəri Rixard Kozlovskis bildirib.

Onun sözlərinə görə, həmçinin Rusiya ilə sərhəd boyu müşahidə kameraları və sensor sistemləri quraşdırılacaq. “Bu Rusiya və Latviya arasında “Çin səddi”nin ucaldılması üçün yox, qanunsuz miqrantların axınını məhdudlaşdırmaq məqsədilə edilir”, deyə Rixard Kozlovskis bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol