Menu

Odessada dəhşətli faciə: 20-dək adam suda batdı

18.10.2015, 00:28
Odessada dəhşətli faciə: 20-dək adam suda batdı

Odessa vilayətinin Zatoki kurort bölgəsində katerin çevrilməsi nəticəsində 20 nəfərə qədər adam suda batıb.Virtualaz.org saytı xəbər verir ki, bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz facebook səhifəsində məlumat paylaşıb.

“Zatokidə faciə baş verdı. Sərnişin kateri çevrilib batdı. Həlak olanlar var, onların sayı dəqiqləşdirilir. Amma sərnişinlərin çoxunu xilas etmək mümkün olub. Lvova səfərimi yarımçıq kəsib ora gedirəm” - deyə Saakaşvili bu gün axşam paylaşdığı statusunda yazıb.

“İnterfaks” agentliyi xilasetmə xidmətindəki və güc strukturlarındakı mənbələrə istinadən xəbər verir ki, həlak olanların sayı 10-dan çoxdur. Lakin müxtəlif mənbələrin həlak olanların sayı barədə verdiyi məlumatlar üst-üstə düşmür.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Odessa Baş İdarəsi bu hadisə barədəki informasiyanı rəsmən şərh etməyib. Yalnız o məlumdur ki, “İvolqa” gəzinti katerində 32 nəfər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol