Menu

“İslahatları dəstəkləyirəm” - NAMİZƏD

19.10.2015, 11:07
“İslahatları dəstəkləyirəm” - NAMİZƏD

“Prezident İlham Əliyevin son kadr islahatını dəstəkləyirəm. Azərbaycanın indiki zamanında milli təhlükəsizlik məsələsi ən ümdə problemlərdəndir. Görünür, siyasi iradə bu çətin vəziyyətdə ölkənin təhlükəsizliyini daha təcrübəli insanlara həvalə etmək istədiyindən bu addımı atıb”.

Bunu mətbuata açıqlamasında 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanov deyib.

Namizəd həmçinin apardığı seçkiqabağı təbliğat prosesinin də uğurla davam etdirdiyini bildirib. Dediyinə görə, seçki dairəsinə aid ərazilərdə çoxsaylı seçicilərlə görüşüb və onları öz platformasıyla tanış edib.

O, sosial mediada da təbliğat işini uğurla davam etdirir: “Bir neçə gün ərzində Youtub saytına yerləşdirdiyim seçki platformamı 7 mindən artıq insanın izləməsi mənim irəli sürdüyüm prinsiplərə ictimai diqqətin göstəricisidir”- Elçin Qurbanov belə deyib.

Namizədin seçki platformasını təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol