ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və İodaniya rəsmiləri ilə birlikdə Suriya məsələsini müzakirə edəcəyini açıqlayıb.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi kimlərlə görüşəcəyini və görüşün dəqiq formatını deməyib.
“Siyasi həll yolu yoxdur, bunu hər kəs, o cümlədən ruslar deyib. Bu vəziyyət regionun bütün ölkələrinə toxunur. Mən Rusiya, Səudiyyə Ərəbistanı, İordaniya, Türkiyə, eləcə də həll yolu tapmağa kömək edəcək digər ölkələrlə razılıq axtarmağa çalışacağam”, - deyə Kerri vurğulayıb.

Şərhlər