Türkiyə ilə Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirilib.AzPolitika.info-nun "Russia Today"ə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İstambulda türkiyəli həmkarı Ümit Yalçınla konsultasiyalar aparıb.
Diplomatlar Suriyadakı vəziyyəti müzakirə ediblər: "Açıq fikir mübadilələrinin gedişində əsas diqqət Suriyada və ətrafında yaranmış siyasi-vəziyyətə yönəldilib", -deyən Boqdanov əlavə edib ki, məsləhətləşmələr zamanı münaqişənin həllində 2012-ci il 30 iyun tarixli Cenevrə kömmunikesinə toxunulub.
O qeyd edib ki, tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı Rusiya-Türkiyə dialoqunun vacibliyini dəstəkləyirlər.


Şərhlər