Ankara terroru ilə bağlı son məlumatları ictimaiyyətlə bölüşən Türkiyə baş naziri Əhməd Davudoğlu intiharçılardan birinin şəxsiyyətinin müəyyən olunduğunu deyib.
AzPolitika.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Davudoğlu DNT testləri nəticəsində intiharçılardan birinin şəxsiyyətinin müəyyən olunduğunu, digəri ilə də bağlı ciddi işlər aparıldığını vurğulayıb.
Baş nazir Suruç aktıyla, ankara və Diyarbəkir terrorları arasındakı əlaqələri də göz önünə aldığını qeyd edib.
O, “pərdə arxasında rejimlə əlaqəli ünsürləri” gördüklərini deyərək Bəşər Əsəd rejiminə işarə edib. Lakin baş nazir İŞİD-lə bağlı əməliyyatların davam etdiyini, bir çox terror aktının qarşısının alındığını da əlavə edib.

Şərhlər