Menu

Sloveniyaya bir gündə 5 min miqrant gəlib

19.10.2015, 20:48
Sloveniyaya bir gündə 5 min miqrant gəlib

Oktyabrın 19-da 5 min miqrant Xorvatiya ilə sərhədi keçərək Sloveniyaya gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sloveniya XİN-in rəsmisi Boştyan Sefiç bildirib.

“Gün ərzində Sloveniyaya 5 min miqrant gəlib. Biz daha 1200 miqrantın bu gün qatarla gələcəyini gözləyirik. Beləliklə, ölkəmizə gələn miqrantların sayı 6 mini keçəcək”, deyə B.Sefiç bildirib.

Onun sözlərinə görə, Almaniya qəbul edəcək miqrantların sayını azaldıb, Avstriya isə qaçqınların yeni qruplarını qəbul etməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol