Menu

Şəkərin qiyməti sürətlə qalxır!

20.10.2015, 00:31
Şəkərin qiyməti sürətlə qalxır!

Xarici KİV-in yaydığı məlumata görə, cari ilin son 3 ayı ərzində dünyada şəkərin qiyməti rekord ahənglə qalxmaqda davam edib. Məlumata görə, həmin dövrdə şəkər xammalının fyüçers qiyməti 16,0 faiz sıçrayış edib. Şəkər məhsulunun gözlənilən defisiti fonunda bu, 2013-cü ildən üzübəri rekord ahəng hesab olunur (Rosbalt).

«İnterfaks» agentliyinin məlumatına görə, oktyabrın əvvəlindən şəkərin qiyməti 11,0 faiz artıb ki, bu da «Bloomberq»-in izlədiyi 22 adda xammal məhsulları arasında (gümüşdən başqa) ən yüksək qiymət artımı deməkdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol