Menu

"Bəşər Əsəd hakimiyyətdə qala bilər" - ​ABŞ

20.10.2015, 09:05
"Bəşər Əsəd hakimiyyətdə qala bilər" - ​ABŞ

Suriya lideri Bəşər Əsəd bundan sonra da hakimiyyətdə qala bilər, lakin həmişəlik yox. Həmçinin ABŞ-ın fikrincə, o ölkənin keçid hökumətinə daxil ola bilməz.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

"Əsəd keçid hökumətinin bir hissəsi ola bilməz...lakin bu o demək deyil ki, o sabah postundan getməlidir", - deyə Toner qeyd edib.

Eyni zamanda o bu "siyasi keçid"in nə zaman başlayacağı və nə qədər davam edəcəyini dəqiq bildirməyib.

"O təcili başlamalıdır", - deyə ABŞ rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol