Menu

Yerə böyük bir asteroid yaxınlaşır!

20.10.2015, 13:17
Yerə böyük bir asteroid yaxınlaşır!

Xarici KİV-in yaydığı məlumata görə, bu il oktyabrın 31-də Yer planetinə nəhəng bir asteroid rekord məsafəyə qədər yaxınlaşacaq. Səma cisminin sürəti belə kütlələrə xas olmayan qədər aşağıdır - saniyədə 35 kilometr («RİA Novosti»).

«2015 TV145» adı verilmiş bu obyekt planetimizdən 499 min kilometr məsafədə ötüb keçəcək. Bu da Yerdən Aya qədərki məsafədən bir qədər uzaqdır.

Asteroidin dimetri 280-620 metr təşkil edə bilər. Alimlərin proqnozuna görə, səma cismi Yer planeti üçün heç bir təhlükə vəd etmir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol