Dünyaca məşhur amerikalı alim Daymond Cared proqnoz edir ki, Yer planetində bəşəriyyətin «ölüm»ü artıq lap yaxındadır (Rosbalt).
«Mən, əminəm ki, əgər biz indiki həyat tərzimizi – resurslardan istifadə qaydalarını – dəyişməsək, bəşəriyyət ölümə doğru irəliləyəcək. Bu, yaxın 30 ildə, başqa sözlə, hələ övladlarımızın yaşadığı illərdə baş verəcək. Mən, planetimizdə içməli su ehtiyatlarının, balıqların, dəniz məhsullarının, biomüxtəlifliyin, məhsuldar torpaq sahələrinin, enerji xammalarının dramatik həddə qədər azalmasından danışıram» - deyə, alim izah edib.
Los-Anjelesdən olan professor Milanda Ümumdünya sərgisində çıxış edərək, qloballaşmadan və qeyri-bərabərlikdən söhbət açıb. Onun sözlərinə görə, xalqlar arasında qeyri-bərabərliyin artması ciddi nəticələrə səbəb ola bilər. Kasıb ölkələrdə baş qaldıran xəstəliklər varlı ölkələrə də yayıla bilər – Ebola virusu ilə olduğu kimi.
Alim, iqtisadi miqrasiya məsələsinə də toxunub: «Ən kasıb ölkələrin xalqları əzab çəkir və Afrikada, Yaxın Şərqdə kasıblığın aradan qaldırılması üçün daha 50 il gözləmək istəmirlər. Nəhayət, terrorizm – bütün ümidlərini itirmiş insanlar ya özləri terrorçuya çevrilirlər, ya da terrorçuluğu dəstəkləməyə başlayırlar»
AzPolitika.info


Şərhlər