“Məni dəfələrlə o verilişlərə dəvət ediblər, mən getməmişəm. Bu tip verilişlərə əvvəldən münasibətim pis olub. 2009-cu ildə Konstitusiyamıza dəyişiklik eləyib bu məsləni ortaya çıxartdıq ki, şəxsi həyat toxunulmazdır. Amma telekanallarda “Ümid var”, “Adam içində” və s. bu tip verilişlərlə insanların ailə məsələlərini efirə çıxarıb insanları biabır edirlər. Tutaq ki, kimsə anormaldır, bəs sənin səviyyənə nə olub? Reytinq qazanmaq üçün niyə kimisə çıxardıb efirdə ağladırsan? Bu ayıbdır axı. İnsanların şəxsi həyatlarını bu dərəcədə qabartmaq düzgün deyil”.
SİA.az xəbər verir ki, bu fikirləri telekanallarda ailədaxili münaqişlərə həsr olunan, insanların şəxsi məsələlərini efirə çıxardıb bununla da reklam qazanan verilişlərə münasibət bildirən millət vəkili Astan Şahverdiyev bildirib. Bu verilişləri aparan şəxslərin əslində, reket jurnalistlər olduğunu deyən millət vəkili Astan

Teleaparıcı Elgiz Əkbər millət vəkili Astan Şahverdiyevin onu və Zaur Baxşəliyevi reket jurnalist adlandırmasına münasibət bildirib.
“Qafqazinfo”ya açıqlamasında teleaparıcı millət vəkilini tanımadığını və “Adam içində” verilişinin insanların hüquqlarını pozmadığını vurğulayıb:
“On iki il mətbuatda çalışandan sonra televiziyada işləməyə başlamışam. Azərbaycanın elə bölgəsi, kəndi yoxdur ki, verilişim vasitəsi ilə oradakı insanları maarifləndirməyək, dərdlərinə çarə tapmayaq. “ANS”-də “Elgizli axşamlar”, onun davamı olan “Adam içində” proqramında yardım edilən insanların siyahısı tutulsa, bir neçə qalın kitab, dəftər alınar. Bu böyük fəaliyyətdir, biz maarifləndirmə işləri aparırıq, insanların gözlərini açırıq, onlar artıq hüquqlarını bilirlər. O millət vəkilinin ( Astan Şahverdiyev) adını birinci dəfədir eşidirəm və onu heç vaxt verilişimə dəvət etməmişəm. Görəsən, seçiciləri onun adını bilir, o gedib seçiciləri ilə görüşür, dərdlərinə şərik olur, bilir ki, problemləri nədir? Dərdi olan insanlar həmdəm tapmaq üçün müəyyən yerlərə müraciət edirlər, “ANS” də onlardan biridir. Biz insanların hüquqlarını niyə pozmalıyıq ki? Şəxsi həyatın toxunulmazlığını pozmaq haqda deyilən söhbətlərə gəldik də isə demək istəyirəm ki, biz insanların problemlərini işıqlandırırıq, onları hüquqşünaslarla təmin edirik, bunun nəyi pisdir?
Anlamıram ki, reket jurnalist ifadəsini hörmətli deputat niyə işlədib? Desin ki, filan kanalın filan əməkdaşı reketlik edir. Bu başqa məsələdir. Yoxsa ümumi deyir ki, filan kəslər reket jurnalistlərdir. Hansı fakta əsasən bizi belə adlandırır?”.


Şərhlər