Menu

Keçmiş məhkum həmkəndlisini güllələdi

21.10.2015, 11:20
Keçmiş məhkum həmkəndlisini güllələdi

Lənkəranda keçmiş məhkumun həmkəndlisini odlu silahla qətlə yetirdiyi məlum olub.

APA-nın xəbərinə görə, Girdəni kənd sakini, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Zahir Fərman oğlu Əsgərovun həmkəndlisi, 1975-ci il təvəllüdlü Müşfiq Məzahir oğlu Abdullayevə atəş açdığı odlu silah maddi sübut kimi götürülüb.

Qeyd edək ki, ilkin məlumatda qətlin bıçaqla törədildiyi açıqlanıb. M. Abdullayevin bir neçə bıçaq zərbəsi ilə öldürüldüyü bildirilib.

Qətlin motivləri barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol