Menu

Davudoğlundan Əsədin Moskva səfərinə reaksiya – Kaş heç geri dönməsin!

21.10.2015, 15:00
Davudoğlundan Əsədin Moskva səfərinə reaksiya – Kaş heç geri dönməsin!

Türkiyə baş naziri Əhməd Davudoğlu qatıldığı televizya proqramında Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfərinə qəribə reaksiya verib.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, o, Əsədin haqqında “Kaş ki, heç geri dönməsin” deyib.

“Kaş ki, Moskvada daha çox qalaydı, Suriya xalqı bir raz rahatlıq tapaydı”, - deyə Davudoğlu istehza edib.

O, Ankaradakı terror aktı ilə bağlı araşdırmaların davam etdiyini, lakin CHP sədri Kamal Kılıçdaroğluya da işarə edərək, “məsuliyyətsizliklə verilən açıqlamalar bir çox caninin qaçmasına səbəb oldu” deyə vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol