[caption id="attachment_46885" align="alignleft" width="300"]
arxiv foto[/caption]
Ukraynada “Dirçəliş” Partiyasının Dneprepetrovsk vilayəti üzrə şöbəsinin qərargahında partlayış olub.
AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, hadisənin iki nəfər naməlum şəxs tərəfindən törədildiyi bildirilir.
Onlardan biri qapının şüşəsini sındırıb, digəri isə içəri partlayıcı atıb. Hadisə nəticəsində mühafizəçi xəsarət alaraq qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Partiyadan bildiriblər ki, bu, planlaşdırılmış terror aktıdır.

Şərhlər