Menu

Bahalaşma olacaq - VİDEO

22.10.2015, 22:18
Bahalaşma olacaq - VİDEO

Vergi dəyişikliklərindən biri tikinti şirkətlərindən vergi tutulmasını sadələşdirməyi nəzərdə tutur. Belə ki, bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir.

ANS TV-nin məlumatına görə, bununla da hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.

Tikinti ilə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Amma bütün bu tədbirlərin evlərin qiymətinə təsiri gözlənilmir.

Daşınmaz əmlak üzrə Konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev bundan əvvəlki təcrübələrə əsaslanaraq maya dəyərində baş verən dəyişikliyin qiymətdə hiss olunmayacağını bildirir: “Tikinti sektorunda maya dəyərinin aşağı düşməsi heç bir vaxt mənzillərin qiymətinə təsir etməyib”.

Vergi sadələşdirilməsinin qiymətlərə təsir etməməsi ilə bağlı fikirlərin başqa bir əsası da var. Çünki tikintini həyata keçirən şirkətin işi asanlaşsa da, digər bir dəyişikliklə tikinti materiallarının xammalı olan faydalı qazıntılara tətbiq olunan vergi artıb.

Bu isə o deməkdir ki, tikinti materiallarının bahalaşması gözlənir. Bu səbəbdən ən yaxşı halda gözlənti dəyişikliklərin bir-birini konpensasiya etməsi və evlərin qiymətlərinin sabit qalmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol