Menu

Klinton terror aktına görə məsuliyyəti üzərinə götürdü

23.10.2015, 15:30

klinton.04.07.10jpegABŞ-ın Hillari Klinton 2012-ci il sentyabrın 11-də Binqazidə ABŞ konsulluğuna qarşı təşkil olunmuş terror aktına görə məsuliyyəti üzərinə götürüb.

AzPolitika.info-nun Qərb mətbuatına istinadən verdiyi məlumata görə, H.Klinton Nümayəndələr Palatasında təşkil olunmuş xüsusi komissiyanın iclasında 11 saat boyunca ifadə verib.

“Binqazidə baş verənlərin məsuliyyətini üzərimə götürürəm” deyən Klinton ABŞ diplomatlarının təhlükəsizlik şərtlərinin artırılması barədə tələblərinin ona çatdırılmadığını qeyd edib. O, terrordan sonra təşkil olunmuş komissiyanın tövsiyələri əsasında xaricdəki amerikalı diplomatların qorunma şərtlərini artırdıqlarını bildirib. Sabiq nazir vurğulayıb ki, hər terror aktının qarşısını almaq çətindir.

Demokratlar Partiyasından olan xanım siyasətçi respublikaçı konqresmenləri terror aktından siyasi alət kimi istifadə etməkdə qınayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol