Menu

Kredit borcu olanlar ölkədən çıxa bilməyəcək? - VİDEO

23.10.2015, 16:01
Kredit borcu olanlar ölkədən çıxa bilməyəcək? - VİDEO

“Vətəndaşlar yeni qərardan narazıdır”.

Banka krediti olanların ölkədən çıxışına qadağa qoyulacaq.

ATV xəbər verir ki, bu barədə ekspertlər deyib.

Süjetdə bildirilir ki, kredit götürənlər bu məhdudiyyətdən təşvişə düşməməlidirlər. Çünki söhbət ödəmə vaxtından 3 ay keçən kredit borclarından gedir.

Qeyd edək ki, Milli Məclisin son iclasında “icra haqqında” qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, banka olan borcunu gecikdirən, həmçinin vergi borcu olan şəxslərin ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol