Menu

«TOS OİL» Eldar Mahmudovla bağlılığını təkzib edir

23.10.2015, 21:18
«TOS OİL» Eldar Mahmudovla bağlılığını təkzib edir

“TOS OİL” şirkəti (yanacaqdoldurma məntəqələri) sabiq MTN başçısı Eldar Mahmudovla bağlılığını təkzib edir. Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzPolitika.info-nun elektron poçtuna daxil olan təkzib məktubunda bildirilir.

“TOS OİL” şirkətinin Eldar Mahmudovun biznes imperiyasına daxil olduğu “AzPolitika”da dərc olunmuş (21.10.2015) “MAHMUDOVUN VƏ GENERALLARIN BİZNESİ, KADRLARI VƏ DEPUTATLARI – Şok SİYAHI” başlıqlı yazıda bildirilib. Şirkətin açıqlamasında bildirilir ki, bu informasiya doğru deyil.

«Şirkətin təsisçısi sıravı azərbaycan vətəndaşı olmaqla nə bölgə mənsubiyyəti, nə də ki, qohumluq əlaqələri baxımından sabiq nazirin çevrəsinə aid şəxs deyildir.»

AzPolitika

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol